Xəbəri Kokpitdə Oxuyun!

F.Alonso: Mercedes və Red Bull-un siyahısındayam

Aston Martin komandasının sürücüsü Fernando Alonso bildirib ki, o Red Bull və Mercedes-in siyahısındadır.

Kokpit.az xatırladır ki, ispaniyalı sürücünün komandası Aston Martin-lə müqaviləsi ilin sonunda başa çatacaq.

Alonso keçən il Aston MArtin ilk 8 yarışda 6 podium qazanmış və mövsümü 8 podiumla 4-cü yerdə bitirmişdi. Lakin “yaşıllar” yeni mövsümə heç də yaxşı başlamayıblar və Fernando Alonso Bəhreyndə 9-cu yeri tutub. Aston Martin AMR24 xüsusən də yarış tempində rəqiblərindən zəif görünüb.

İkiqat Dünya Çempionnun adı son günlərdə Red Bull və Mercedes-lə hallanır. Bundan başqa Maks Ferstappenin də Mercedes-ə keçəcəyi ilə bağlı söz-söhbətlər artıb.

Fernando Alonso Maks-Mercedes dedi-qoduları barədə bunları deyib: “Kənardan bir söz demək çətindir. Mən də bəzi dedi-qoduları oxudum. Lakin son iki-üç yada çox dedi-qodu çıxıb və hamısına inanmaq çətindir. Bu barədə Maksdan soruşmalısınız”.

Fernando əlavə edib ki, onun adı Mercedes və Red bull-un siyahısındadır: “Düşünürəm ki, onların siyahısındayam, çünki müqaviləm ilin sonunda başa çatır. Bu siyahılarda olmaq digər seriyaların siyahısında olmaqdan ya da təqaüdə çıxmaqdan daha yaxşıdır. Lakin gələcəklə bağlı qərarımı önümüzdəki bir neçə ay və ya bir neçə yarış ərzində verəcəm.

Hər şeydən əvvəl özümlə danışmalı və bir qərar verməliyəm. Sözün açığı, Formula 1-də yarışmaq üçün həyatdakı digər şeyləri fəda etməliyəm? Qərar bundan asılı olacaq.

Birillik Mercedes-ə getmək? Bilmirəm. Hər şeydən əvvəl yarışıb-yarışmayacağışı istəməyimdən çox şey asılıdır. Əgər müqavilə yeniləmək  və sadəcə Formula 1-də yarışmaq istəsəm, dünyanı gəzib, özümü əlçatmaz hiss edərdim. Ancaq mən o tip adam deyiləm. Əgər söz verirəmsə, bunun səbəbi yarış qazanmaq ehtimalımın olmasına doğrudan da inanmağımdır.

Simulyatorda sürmək, mühəndislərlə işləmək istəyirəm. Yarışlara var qüvvəmi vermək istəyirəm. Əks halda söz vermərəm. Nə qədər müddət və kimlə çalışacağımı bilmirən. Buna görə də çox sual işarəsi var. Ancaq bu işin ikinci mərhələsidir. İlk mərhələ şəxsi qərarımdan asılı olacaq”.

Rauf Hacıyev

Şərh əlavə et