Kokpit.az bildirir ki, ikinci məşq sessiyasının başlaması təxirə salınıb. Ardıcıl ikinci həftəsonu drenaj lyuklarında – bu dəfə pit-leyndə quraşdırılmasında problemlər yaranıb. FİA nümayəndələri və trasın əməkdaşları onları yoxlamağa başlayıblar. On dəqiqə sonra sessiya start götürüb və bir o qədər də gec başa çatıb.
Sürücülər Hard və Medium təkərlərlə sessiyaya başlayaraq onların səmərəliliyini qiymətləndiriblər və sonra Soft-lara keçiblər. Külək sürücülərə mane olub.
Bottas ilk döngədə əyləcdə yaranan problemlərə görə yerində fırlanıb. Sarcent bordürün üstündən sürərkən sürəti azaldan Həmiltona çırpılmaqdan son anda yayınıb. Lyuisə buna görə xəbərdarlıq edilib, ona məlumat verməyən komanda isə cərimələnib. Başqa hadisələr olsa da, ciddi nəticələrlə yadda qalmayıblar.
Sessiyanın və günün ən sürətlisi 1:28.827-lik nəticə ilə Fernando Alonso olub. Məşqlər sabah davam edəcək.
Şərh əlavə et