Xəbəri Kokpitdə Oxuyun!

Ciddədə isti və küləkli hava hökm sürəcək

Çempionat iştirakçıları bu həftəsonu da Ərəbistan yarımadasındadırlar və onları yarımadaya xas hava gözləyir.

Kokpit.az xəbər verir ki, bu dəfə də həftəsonunun proqramı Ramazan ayının başlaması münasibətilə 1 gün irəli çəkilib.

Cümə axşamından şənbə gününə qədər gündüz 31-32 dərəcə, əsas hadisələrin baş verəcəyi axşamlar isə 20-24 dərəcə isti olacaq. Günəş yerli vaxtla saat 18:29-da (Bakı vaxtından 1 saat tez) batacaq, sıralanma və yarış saat 20:00-da (Bakı vaxtı ilə 21:00-da) başlayacaq.

Qeyd edək ki, keçən il də burada bütün sessiyalar quru havada baş tutmuşdu.

Elçin Zodorov

Şərh əlavə et