Xəbəri Kokpitdə Oxuyun!

Rəsmi: Bob Bell Alpine-dən ayrılıb

Təcrübəli Formula 1 mühəndisi Bob Bell uzun illərdir işlədiyi Alpine komandasından ayrılıb. 

Kokpit.az bildirir ki, Bob 1997-ci ildən bəri üç ayrı dövrdə Alpine komandasında fərqli vəzifələrdə işləmişdi.

Britaniyalı mütəxəssis 2018-ci ildən komandaya msləhətçi kimi işləyirdi və eyni zamanda digər sahələrin yaxşılaşması üçün Alpine Labs üçün yarımzamanlı işləməyə başlamışdı. O, artıq Formula 1-dəki işlərə birbaşa qatılmasa da, şirkət üçün önəmli adam sayılırdı. Bundan başqa Bellin qızı olan Keyti komandada elektrik mühənsdisi kimi işləyir və bəzi yarışlara qatılır.

Bell ilk dəfə 1982-ci ildə McLaren komandasında önəmli aerodinamikaçı kimi tanınmışdı və 1988-ci ilin əfsanəvi Mp4/4 bolidini dizayn edən komandanın bir parçası idi. O, 1997-ci ildə Benetton-a keçmiş, 199-cu ildə isə Jordan komandasına transfer olunmuşdu. LAkin Bob 2001-ci ildə yenidən Enstouna qayıtmış və 2005-2006-cı illərdə Fernando Alonso Dünya Çempionluqları yaşayarkən komandanın texniki direktoru olmuşdu.

2008-ci ilin Sinqapur yarışındakı qəza skandalından sonra Flavio Briatore komandadan ayrılmış və 2009-cu ildə Renault komandasının rəhbəri Bob Bell olmuşdu.
O, daha sonra Mercedes komandasına keçmiş və burada 3 il texniki direktor vəzifəsində işləmişdi. Eyni zamanda 2014-cü il maşını olan W05-in yığılmasında əsas rol oynamışdı.
Bob Mercedes-dən ayrıldıqdan sonra bir müddtə Marussia komandasında işləmiş, 2016-cı ildə isə Renault komandasına texniki direktor kimi qayıtmışdı. 2018-ci ildə isə məsləhətçi kimi işləməyə başlamışdı.
Qeyd edək ki, daha əvvəl Alpine komndasından Otmar Safnauer, Pat Fray və Alan Permeyn ayrılmışdılar. Bəhreyn yarışı vaxtı isə texniki direktor Matt Harman və baş aerodinamikaçı Dirk de Bir vəzifələrindən istefa vermişdilər.

Rauf Hacıyev

Şərh əlavə et