Kokpit. az xatırladır ki, Bob Bell bu gün Renault-dan ayrıldığını rəsmi olaraq açıqlamışdı. Bu ayrılıqdan bir neçə saat sonra isə onun Aston Martin-ə keçidi rəsmiləşib.
Bell yeni komandası Aston Martin komandasını gücləndirmək üçün komanda rəhbəri Mayk Kraka yaxın işləyəcək. O, texniki, mühəndislik və performans funksiyalarından məsul olacaq və komandanın inkişafına öz töhfəsini verəcək.
Bell son 40 ildə McLaren, Renault, Mercedes kimi yüksək səviyyəli komandalarda işləyib və Aston Martin-ə zəngin təcrübəsi ilə gəlir.
Aston Martin komandasının rəhbəri Mayk Krak: Bob Bellə Aston Martin-ə xoş gəldin deyirəm və bundan qürur duyuram. Bu komandamızın ən yaxşısını etməsi üçün və doğru yöndə inkişaf üçün önəmli anlaşmadır.
Bonun idmandakı keçmişi hər şeydən xəbər verir. Onun təcrübəsi bizə bu yolda qabağa getməyə kömək edəcək”.
Bob Bell Aston Martin-dəki vəzifəsinə vaxt itirmədən başlayacaq.
Şərh əlavə et