Xəbəri Kokpitdə Oxuyun!

Ferrari komandasının sürücüsü Karlos Sayns xəstələndiyi üçün Ciddədəki paddoku vaxtından əvvəl tərk edib.

Kokpit.az bildirir ki, ispaniyalı sürücü bu gün səhər saatlarında paddoka gəlsə də, qısa müddətdən sonra oranı tərk edib.

Rəsmi açıqlamalara görə Karlos Sayns çərşəmbə günü jurnalistlərlə olan bütün görüşləri ləğv etdirib. Onun xəstəliyi barədə hələ dəqiq məlumat yoxdur, amma deyilənə görə Karlos müşahidə üçün otelə qayıdıb.

Lakin Sayns sabah özünü pis hiss etsə belə trasa çıxacağı gözlənilir.

Xatırladaq ki, 30 yaşlı sürücü mövsümə Bəhreyndə üçüncü olaraq başlamış və podiuma yüksəlmişdi.

İlqar Həsənli

Şərh əlavə et