Xəbəri Kokpitdə Oxuyun!

S.Peres: Bəzi detallar işimizi çətinləşdirdi

Red Bull komandasının sürücüsü Serxio Peres bildirib ki, ikinci yer mövsümə başlamaq üçün əla nəticədir.

Kokpit.az xatırladır ki, meksikalı sürücü cümə günü sıralanma turunda beşinci olsa da, yarışda yaxşı performans göstərərək, finişə ikinci yerdə çatıb.

Serxio Peres: “Məncə, bizim üçün maksimum nəticə bu idi. Təkərə nəzarət etmək cəhətdən ən çətin yarışlardan biri idi. Bugünkü yarışdan çox şey öyrənə bilərik və bunlar çempionat üçün çox vacib olacaq. Ümumilikdə isə mövsümə başlamaq üçün yaxşı yer tutduq.

Yarışdakı sürüşmə təkər tərkibinə görə idi. Əylənmə və sürüş qabiliyyəti cəhətdən problemlər yaşadıq və bunlar da trasda işimizi çətinləşdirir. Amma əminəm ki, bu gecə bunları təhlil edib, Ciddə üçün nəticə çıxaracağıq. Yaxşı tempimiz var və növbəti yarışlar üçün bunu davam etdirməliyik”.

Rauf Hacıyev

Şərh əlavə et