Kokpit.az xatırladır ki, niderlandlı sürücü pouldan başladığı yarışı asanlıqla qazanaraq, karyerasındakı 55-ci qələbəni bayram edib. O, həm də böyük dəbilqə ilə qalib gəlib.
Maks Ferstappen: “İnanılmazdır. Məncə bu gün gözlədiyimizdən yaxşı keçdi. Maşını bütün tərkiblərdə sürmək gözəl idi. Bəladan uzaq sürdük və mövsümə yaxşı başladıq. Bundan yaxşısı mümkün deyildi. Çox əyləncəli idi və maşında özümü yaxşı hiss etdim.
Bəli, belə günləri yaşamaq həmişə xüsusi olur, çünki hər şeyin mükəmməl olduğu və bolidlə uyğunlaşdığınız günlər həmişə baş vermir. Hər şey əla hiss etdirirdi.
Start yaxşı idi. Təbii ki, ilk döngə çox dar döngədir. Buna görə də daxili trayektoriyanı müdafiə etmək istəyirsiniz. Biz də elə etdik. Ondan sonra öz yarışımıza fokuslandıq.
Dincəlməyə vaxt yoxdur. Amma pronlem deyil. Bilirsiniz ki, mövsüm uzundur. Onsuz da Səudiyyə Ərəbistanı gözəl yerdir. Bir neçə gün dincələndən sonra davam edəcəyik”.
Şərh əlavə et