Xəbəri Kokpitdə Oxuyun!

K.Sayns: İstədiyimiz yerdə deyilik

Ferrari komandasının sürücüsü Karlos Sayns bildirib ki, komanda olaraq istədikləri yerdə deyillər.

Kokpit.az xatırladır ki, ispaniyalı sürücü yarışa dördüncü yerdən başlasa da, startda Peresin arxasına düşərək, beşinci yerə geriləyib. Lakin 30 yaşlı sürücü sonradan etdiyi hücumlarda komanda yoldaşı Şarl Lekler və Corc Rasselli keçərək, podiumun son pilləsini tutub.

Karlos Sayns: “Bu gün trasda özümü yaxşı hiss edirdim. Start yaxşı olmadı və daha sonra təkərlərə nəzarət etdim və öz yarışıma fokuslandım. Podiuma çıxmaq üçün iki ya da üç rəqibimi keçdim və Red Bull-a çatmaq xoş sürpriz oldu.

Hələ də bəs eləmir və istədiyimiz yerdə deyilik. Ancaq irəliyə doğru yaxşı addım atdıq və mövsümə yaxşı başladıq.

Sərt təkərlər ilə özümüzü daha yaxşı hiss edirik, çünki az qızır, ancaq o təkər qızdırma və bloklanma cəhətdən problem yaradır. O təkərləri işlətmək də çətindir”.

Rauf Hacıyev

Şərh əlavə et