Xəbəri Kokpitdə Oxuyun!

Bəhreyn-2024: Ferstappen qaldığı yerdən davam edir

Ötən mövsümün son yarışının baş tutduğu noyabrdan bəri xeyli vaxt keçib və çox hadisə baş verib, lakin Red Bull və Ferstappenin üstünlüyü dəyişməyib.

Kokpit.az bildirir ki, qüvvələr nisbəti demək olar ki, dəyişməz qalıb – bəzi komandalar Red Bull-a yaxınlaşıb, Alpine isə peletonun gerilərinə düşüb.

Ramazan ayının daxil olması ilə əlaqədar ilk 2 yarış 1 gün əvvələ keçirilib. İlk gün məşqlərdə Daniel Rikkardo və Lyuis Həmilton, cümə günü isə son məşqlərdə Karlos Sayns hamıdan sürətli olub. Sıralanma turunda isə Maks Ferstappen səhnəyə çıxıb və heç kimə imkan verməyib.

Pirelli bura sərt üçlüyü – C1, C2 və C3 tərkiblərini gətirib. Yarışa hamı Soft təkərlərlə başlayıb.

Startda Ferstappen liderliyini qoruyub. Hülkenberq pis başlayıb və ilk döngədə Strolla toqquşub. Peres dördüncü yer uğrunda mübarizədə Saynsı qabaqlayıb. Bottas Alpine sürücülərini qabağa buraxıb. Hülkenberq ön qanadı əvəzləmək üçün pitə gedib və Hard-a keçib.

3-cü dövrədə Rassel ikinci yer üçün Leklerki üstələyib. Norris Alonsonu qabaqlayıb. 4-cü dövrədə ilk onluq: Ferstappen – Rassell – Lekler – Peres – Sayns – Norris – Alonso – Piastri – Həmilton – Tsunoda.

5-ci dövrədə Piastri Alonsonu ötüb. Maqnussen Çjounu geridə qoyub. Peres isə Leklerin səhvindən yararlanaraq üçüncülüyə qalxıb. Həmilton Alonso ilə mübarizədən qalib ayrılıb.

Sarcent dördüncü döngədə təkərləri blokladığı üçün trasdan çıxıb. Bir neçə saniyə dayandıqdan sonra mübarizəyə qayıdıb. Sayns komanda yoldaşını geridə qoyub. Çjou, Stroll, Okon, Rassell, Lekler və Sarcent təkərlərini dəyişiblər. Onlara Maqnussen, Peres, Piastri, Həmilton, Qasli və Bottas qoşulub.

Sayns komanda yoldaşını bir daha üstələyib. Bottas pit-stopda çox vaxt itirib. Sonrakı dövrələrdə də bir sıra yerdəyişiklikləri olub. Ümumiyyətlə, yarışda liderlik uğrunda mübarizədən söhbət belə getməsə də, arxalarda ötmələr zəngin olub. 40-cı dövrədə ilk onluq: Ferstappen – Peres – Sayns – Rassell – Leklerk – Norris – Həmilton – Piastri – Alonso – Stroll.

Son dövrələrdə bir çoxları öz yerləri ilə barışıblar. Komanda Tsunodadan Maqnusseni ötməsi üçün Rikkardonu önə buraxmağı istəyib. Lakin avstraliyalı sürücü də buna nail ola bilməyib.

Maks Ferstappen karyerasında 55-ci qələbəsini və karyerasında beşinci Böyük Dəbilqəsini qazanıb. Serxio Peresin ikinciliyi komandaya 29-cu dublu gətirib. Günün sürücüsü seçilən Karlos Sayns isə podiumun son pilləsinə qalxıb.

Mövsümün ilk yarışı xüsusi hadisələrə səhnə olmayıb və güc nisbətləri gözlənildiyi kimi olub. Mübarizə gələn həftə Ciddədə davam edəcək. Görəsən, dar və sürətli şəhər küçələrində nələr baş verəcək?

Qeyd edək ki, Səudiyyə Ərəbistanı Qran Prisi də şənbə günü baş tutacaq.

Sıra Sürücü Komanda Vaxt Pit
1 Maks Ferstappen Red Bull 1:31:44.742 2
2 Serxio Peres Red Bull +22.457 2
3 Karlos Sayns Ferrari +25.110 2
4 Şarl Lekler Ferrari +39.669 2
5 Corc Rassell Mercedes +46.788 2
6 Lando Norris McLaren +48.458 2
7 Lyuis Həmilton Mercedes +50.324 2
8 Oskar Piastri McLaren +56.082 2
9 Fernando Alonso Aston Martin +1:14.887 2
10 Ləns Stroll Aston Martin +1:33.216 2
11 Quanyu Çjou Sauber +1 dövrə 2
12 Kevin Maqnussen Haas +1 dövrə 2
13 Daniel Rikkardo RB +1 dövrə 2
14 Yuki Tsunoda RB +1 dövrə 2
15 Aleksander Elbon Williams +1 dövrə 2
16 Niko Hülkenberq Haas +1 dövrə 3
17 Esteban Okon Alpine +1 dövrə 2
18 Pyer Qasli Alpine +1 dövrə 3
19 Valtteri Bottas Sauber +1 dövrə 2
20 Loqan Sarcent Williams +2 dövrə 3

Sürətli dövrə: Maks Ferstappen (Red Bull) – 1.32.068 (39-cu dövrə, 210.383 km/s)

 

SÜRÜCÜLƏR ÇEMPİONATI

Sıra Pilot Komanda Xal
1 Maks Ferstappen Oracle Red Bull Racing 26
2 Serxio Peres Oracle Red Bull Racing 18
3 Karlos Sayns Scuderia Ferrari 15
4 Şarl Lekler Scuderia Ferrari 12
5 Corc Rassell Mercedes-AMG PETRONAS F1 Team 10
6 Lando Norris McLaren F1 Team 8
7 Lyuis Həmilton Mercedes-AMG PETRONAS F1 Team 6
8 Oskar Piastri McLaren F1 Team 4
9 Fernando Alonso Aston Martin Aramco F1 Team 2
10 Ləns Stroll Aston Martin Aramco F1 Team 1

 

MÜHƏNDİSLƏR KUBOKU

Sıra Komanda Motor Xal
1 Oracle Red Bull Racing Honda RBPT 44
2 Scuderia Ferrari Ferrari 27
3 Mercedes-AMG PETRONAS F1 Team Mercedes 16
4 McLaren F1 Team Mercedes 12
5 Aston Martin Aramco F1 Team Mercedes 3

 

Elçin Zodorov

Şərh əlavə et