Xəbəri Kokpitdə Oxuyun!

Son məşqlərdə Sayns hamını üstələyib

Bəhreyndə şənbə günü məşqlər gündüz baş tutur və çox informativ deyil, lakin mövsümün əvvəlində qət edilən istənilən məsafə faydalıdır.

Kokpit.az xəbər verir ki, cümə günü nəticələr çoxlarını təəccübləndirib – birinci məşqdə Rikkardo ən yaxşı nəticəni göstərib, ikincidə – ən əsas məşqlərdə Həmilton ən sürətli olub.

Lyuis trasa birinci çıxıb, onun ardınca rəqibləri eyni addımı atıblar – hər kəs ilk dövrələr seriyası üçün Soft təkəri seçib. Çünki testlərdə Medium-larla çox işləyiblər. Ferstappen və Peres isə Hard təkərlərlə məşqlərə başlayıblar. Bir gün əvvəl olduğu kimi, Maks və Serxio yuxarı ötürmələrə keçərkən problem yaşayıblar.

Sessiya olduqca sakit keçib. Bu dəfə ən yaxşı dövrə Karlos Saynsdan gəlib – 1:30.824.

Bizi olduqca maraqlı sıralanma turu gözləyir. Kimin tək dövrədə nəyə qadir olduğu bu axşam bilinəcək…

Elçin Zodorov

Şərh əlavə et