Kokpit.az xatırladır ki, monakolu sürücü mövsümün ilk sıralanma turu olan Bəhreyndə poula yaxın olsa da, Ferstappendən sonra ikinciliklə razılaşıb.
Şarl Lekler: “Bir az məyusam, amma sıralanma turu yaxşı keçdi. İndiyə kimi çox çətin həftəsonu oldu. Sərbəst yürüşlərdə bəzi şeylər sınadıq və sonra sıralanma turunda yaxşı nöqtə tapdıq. Birinci sessiya bir az çətin oldu. Heyif ki, iki dəst yeni Soft təkər işlətdik və son sessiyanı təhlükəyə atdıq.
İkinci sessiyada Maksın poul dövrəsinə yaxın nəticə göstərdim. Yəni ki, maşında potensial var idi. Məncə, son sessiyada C3 tərkiblərlə temp itirdik və yeni təkərlərə öyrəşmək vaxtımızı aldı. Yenə də nəticə olaraq yaxşı yerdəyik.
İrəliyə doğru addım atmışıq, amma neçə addım atdığımızı sabah görəcəyik. Bir il əvvələ nisbətən daha yaxşı yerdəyik və bu yaxşı haldır. Red Bull hələ də yarış tempində açıq fərqlə birincidir. Amma yenə də görək nə baş verir. Əlimizə fürsət düşsə, dəyərləndirəcəyik”.
Şərh əlavə et