Xəbəri Kokpitdə Oxuyun!

M.Ferstappen təəccüblüdür

Red Bull komandasının sürücüsü Maks Ferstappen bildirib ki, Bəhreyndə poul gözləmirlərmiş.

Kokpit.az xatırladır ki, Red Bull komandası yeni mövsümdə maşında radikal dəyişikliklər etsə də, qış testlərindən sonra radikal görünürdü. Amma “qırmızı öküzlər” Bəhreynə iddialı başlaya bilməyiblər.

Nə Ferstappen nə də Red Bull sıralanma turu zamanı ilk iki sessiyada birinci ola biliblər. Lakin hər şeyin məlum olduğu son sessiyada Festapprn 1.29.179 zaman nəticəsi ilə poul alıb və o, ikinci yerdəki Şarl Lekleri 0.228 saniyə geridə qoyub.

Maks Ferstappen: “Çox əyləncəli idi. Trasın ilişməsi çox yaxşı idi, amma son iki gündəki küləyə görə dövrəni bir araya gətirmək çətin idi. Sıralanma turunda da vəziyyət eyni idi. Üçüncü sektorda işlər lap çətin idi, ancaq poulda olduğum üçün çox sevincliyəm. Bir az gözlənilməz vəziyyət idi, lakin sıralanma turunda maşın bizim üçün əla işlədi və özümü yaxşı hiss etdim.

Sabah yarışda da fərqlər yaxın olacaq. Biz güclüyük, amma görək sabah nə olur. Güclü yarış keçirə biləyimizə əminəm”.

Qeyd edək ki, bu Maks Ferstappenin karyerasındakı 33-cü pouldur.

Rauf Hacıyev

Şərh əlavə et