Xəbəri Kokpitdə Oxuyun!

FİA və FOM Hornerin məsələsinə görə görüşəcək

FİA-nın prezidenti Mohammed Ben Sulayem və Formula 1-in rəhbəri Stefano Domenikali Bəhreyndə bir araya gələrək Kristian Hornerin məsələsini müzakirə edəcəklər.

Kokpit.az xatırladır ki, dünən Formula 1 rəhbərlərinə və jurnalistlərə Kristian Hornerin ifşa mesajlarının dosyesi göndərilib.

Düzü, iddialar fevral ayının əvvəlindən olsa da, Red Bull şirkəti müstəqil vəkil tutmuş və araşdırmaların sonunda Kristian Horner soruşdurmadan üzüağ çıxmışdı. Lakin bu yekun qərardan heç 24 saat keçməmiş Formula 1 rəhbərlərinə, jurnalistlərə və Formula 1-dəki yüksək vəzifəli şəxslərə Hornerin ifşa mesajları göndərilib. Bu dəlillərdən sonra hər şey tərsinə dönüb.

Göndərilən dosye barədə Red Bull tərəfi bir açıqlama verməyib. Bəzi ehtimallara görə bəzi dosyelərin məqsədi Hornerin etibarını zədələməkdir. Bu proses gizli davam etdiyi üçün nə komanda nə də Horner vəziyyət barədə şərh vermirlər.

Düzdür, bu vəziyyət Red Bull-un daxili məsələsi olsa da, səs-küyü bütün Formula 1 dünyasına yayılıb. Byna görə də hamı FİA və FOM-un bu işə qarışıb-qarışmayacağını düşünür.

FOM-un işçilər üzərində hər hansı bir qaydası yoxdur, amma belə səs-küylü xəbərlərin idmanın etibarını zədələməməsi də onlat üçün xeyirdir. FİA da Formula 1-in etibarını qorumaqdan məsuldur.

İfşa dosyeləri FİA və FOM-a da gedib. Belə görünür ki, bu orqanlar da sonrakı addımlar barədə düşünürlər.

Stefano Domenikali ilə Ben Sulayemin görüşündən sonra bəzi addımlar atıla bilər. Onsuz da Stefano və Mohammed hər yarış həftəsonlarında görüşüb müzakirələr aparırlar. Bəzi resurslara görə Horner məsələsi bu həftə danışıqların əsasını təşkil edəcək. Əgər müdaxilə etmək lazım olsa, bəzi tədbirlər görüləcək. Bundan başqa hər şeyi daha yaxşı anlamaq üçün Red Bull-un gizli saxlanılan son raportu da tələb edilə bilər. Ancaq dosyelərdə gizli şeylər varsa, Red Bull dosyeni verməyə bilər. Digər variant isa FİA-nın etika şöbəsi vasitəsilə qaydaların pozulub-pozulmadığını yoxlamaqdır.

FİA-nın beynəlxalq idman reqlamenti çempionatın mənfəətinə zidd hallar olduğu halda bəzi müdaxilələr edə bilər.

Beynəlxalq İdman Qaydaları Maddə 12.2.1.c-yə görə yarışçılar bu hallarda cəzalandırıla bilərlər: “Hər hansı hiyləgər davranış və ya hər hansı yarışın ya da avtoidmanın xeyrinə olmayan hərəkət görəndə.

Maddə 12.2.1.g-də isə araşdırmada köməklik göstərilməməsinin günah olduğunu deyir.

Rauf Hacıyev

Şərh əlavə et