Xəbəri Kokpitdə Oxuyun!

C.Rassell dəlisov yarışa ümid edir

Mercedes komandasının sürücüsü Corc Rassell bildirib ki, Maks Ferstappendən hələ də geri qalırlar.

Kokpit.az xatırladır ki, britaniyalı sürücü Bəhreyndəki sıralanma turunda Ferstappen və Leklerdən sonra üçüncü olub.

Corc Rassell: “Bazadakı bütün işçilər mənə və Lyuisə yaxşı maşın vermək üçün əllərindən gələni etdilər. Lakin yekunda Maks yenə də öndədir və ona çatmaq üçün çox iş görməliyik.

Bəhreyndə son iki ildəki performansımıza və yarış tempimizə baxanda sabah üçüncü başlamaq əladır. Komanda çox işlədi və vahid dövrə tempimizi yaxşılaşdırdıq. Ümid edirəm ki, yarış tempimiz də yaxşı olaraq qalır.

Sabah Maksdan başqa hamı arasında yaxın mübarizə keçəcək. Red Bull hazırda çox güclüdür. Maks əla iş görür və yeni təkərləri var. Əgər liderliyi ələ keçirmə fürsəti olsa, hamımız ikinci yer uğrunda mübarizə aparacağıq. Lakin bilmək olmaz. Mövsümün ilk yarışıdır. Yenidən burada olduğum üçün həyəcanlıyam və ümid edirəm dəlisov yarış olar”.

Rauf Hacıyev

Şərh əlavə et