Xəbəri Kokpitdə Oxuyun!

Rikkardo mövsümün ilk məşqlərində lideridir

Qış testləri keçən həftə elə burada baş tutub. Lakin buna baxmayaraq, mövsümün ilk məşqləri hər zaman maraqlı olur.

Kokpit.az bildirir ki, Komandalar ilk dəfə olaraq maşınların əsl versiyaları ilə işləyib, sınaqlar zamanı rəqiblərindən gizlədilən həlləri göstəriblər.

Hava sürücülərin işləməsi üçün əlverişli olub – günəş olsa da, isti problemi yaşanmayıb. Amma güclü külək işi bir az çətinləşdirib. Trasa ilk çıxan Niko Hülkenberq olub. Hər kəs parametrlərə diqqət yetirərək və çoxlu yanacaqla yeni hissələri sınaqdan keçirərək Medium təkərlər ilə sessiyaya başlayıb – ardıcıl dördüncü ildir ki, ilk sessiya sınaqların davamı kimi təsir bağışlayır.

Çjounun əyləclə bağlı problemləri var olub – çinli sürücü pitə qayıdıb və sonra yenidən trasa çıxıb. Verstappen ötürmələr qutusunun performansından narazı qalıb. Çoxları trasdan çıxıb, lakin geniş təhlükəsizlik zonaları ciddi nəticələrin qarşısını almağa kömək edib.

Nəticələr hər keçən dəqiqədə daha da sürətlənib, sürücülər daha yumşaq təkərlərə keçiblər ki, bu da nəticələrə təsir edib. Yekunda Daniel Rikkardo dövrəni 1:32.869-luq zamanla başa vuraraq protokola başçılıq edib.

Axşam isə bizi həftəsonunun ən vacib məşqləri gözləyir. Çünki ikinci sərbəst yürüşlər sıralanma turu və yarışla oxşar şəraitdə baş tutur…

Elçin Zodorov

Şərh əlavə et