Kokpit.az xatırladır ki, Mercedes komandası 2014-2021-ci illərdə ardıcıl çempionluqlar yaşasa da, son iki ildə sadəcə 1 yarış qazanıb. Komanda bu il maşını tamamilə dəyişdirib və ardıcıl çempionluqların memarlarından biri Ceyms Əllison ilk dəfə yer effektli maşınlar üzərində işləməyə başlayıb. Buna baxmayaraq W15 Bəhreyndəki qış testlərində dalğalanma problemi yaşayıb.
Corc Rassell: “Builki maşının tamamilə fərqli olduğunu düşünürəm. Bir yarış maşınından daha yaxşı hiss etdirir. Keçən il maşını sazlayanda öyrəndiyimiz şeyləri bu il fərqli formada düşünməliyik. Yəni ki, öyrənəcəyimiz çox şey var. Lakin dalğalanmanın üzərində işləməyə davam etməliyik. Testlərdə dalğalanma meydana gəlmişdi. Bolidi son həddə sürürdük, ancaq dediyim kimi bu il fərqli canavarla işləyirik, lakin 2022 və 2023-cü ildə də problemlər var idi.
Testlər problemləri görmək üçündür. Bu həftəsonu bundan daha azını görməyimizə ümud edirəm. Altlıq effektinin başlamasından üç il sonra əksər komandaların bu trasda maşını asfalta yaxın formada sazlayacaqlarını düşünürəm. Amma bu həmişə incə bir xəttdir, çünki asfaltayatma qüvvəsinin olduğu yer buradır.
Əminəm ki, bu maşının inkişaf qrafiki son iki ilin maşınından daha çox olacaq, çünki platformamız daha yaxşıdır. Bolidin sadəcə performansı bir az zəifdir. Maşını sürmək gözəldir və özümüzü yaxşı hiss edirik. Amma asfaltayatma qüvvəmiz bir az azdır”.
Komandada son mövsümünü keçirməyə hazırlaşan Lyuis Həmilton isə bunları əlavə edib: “Bu il üzərində işləyəcəyimiz platforma daha yaxşıdır. Hələ üzərində işləməli olduğumuz problemlərimiz var və maşın mükəmməl deyil. Ancaq son iki ilə nisbətdə başlanğıc üçün daha yaxşı nöqtədəyik. Buna görə də çox xoşbəxtik. İstədiyimiz yerfə deyilik. Önümüzdə Red Bull və Ferrari var, amma onlara çatmaq üçün əlimizdən gələni edəcəyik”.
Şərh əlavə et