Xəbəri Kokpitdə Oxuyun!

Kristian Hornerin başı bəladan qurtulmur: İndi də yazışmalar yayılıb

Red Bull şirkəti dünən Kristian Horner barədə açılmış soruşdurmanı tamamlasa da, Bəhreyndəki ikinci sərbəst yürüşlər zamanı hadisə ilə bağlı mesajlar ifşa olunub.

Kokpit.az xatırladır ki, Kristian Hornerin adı bir müddət idi ki, qalmaqallarda idi. İddialara görə o komandada işləyən bir qadını narahat etmişdi.

Bu iddialardan sonra Red Bull şirkəti hadisə ilə bağlı müstəqil kil tutmuş və araşdırma başlatmışdı. Bu proses ərzində şirkət bir açıqlama verməmişdi. Dünən axşam isə araşdırma tamamlanmış və Kristian Horner bu hadisədən üzüağ çıxmışdı. Lakin şikayətçi tərəfin yenidən dəlillərlə hücuma keçəcəyi düşünülürdü və elə də oldu.

İkinci sərbəst yürüşlər zamanı anonim bir şəxs “Kristian Hornerin dəlili” adlı dosyeni komanda rəhbərlərinə və jurnalistlərə göndərib. Bu hadisə yenidən gündəmi dəyişib.

Kristian Horner isə bu barədə belə açıqlama verib: “Adsız dedi-qodular haqqında şərh verməyəcəm, amma təkrarlamaq lazımdırsa, həmişə iddiaları rədd etdim. Müstəqil araşdırmaya həmişə hörmət etdim və onların işini asanlaşdırdım. Müstəqil və peşəkar vəkil tərəfindən aparılan hərtərəfli araşdırma idi və şikayət bundan sonra rədd edildi”.

Rauf Hacıyev

Şərh əlavə et