Kokpit.az xatırladır ki, Karlos Sayns ilin sonunda Ferrari-dən ayrılacaq və ispaniyalı sürücünün yeni komandası hələ də müəmmalıdır. Karlos “qırmızılar”dan ayrılacağı üçün maşının inkişaf proqramında iştirak etməyəcək.
Karlos Sayns: “Bilirəm ki, komanda inkişaf proqramında artıq mənə güvənməyəcək. Buna baxmayaraq hər həftəsonu SF24-dən maksimumu almaq üçün əlimdən gələni edəcəm. Ferrari-dən maksimum yaxşı nəticələrlə ayrılmaq istəyirəm.
Gələn il başqa komandada yarışacağam, amma hara olduğunu hələ bilmirəm. Qərar vermək üçün tələsməyəcəm. Seçimim doğru olmalıdır. Buna görə də bütün komandalarla danışıb, məni gələcəkdə Dünya Çempionu edə biləcək kollektivi seçməliyəm. Həm gələn il, həm də növbəti mövsümlərdə qələbələr uğrunda mübarizə aparacağım komandada olmaq istəyirəm. Formula 1-dəki reqlament dəyişikliklərinə az qaldı. Buna görə fə uzunmüddətli seçim etmək lazımdır”.
Qeyd edək ki, Karlos Saynsın adı Audi ilə çox hallanır.
Şərh əlavə et