Kokpit.az xəbər verir ki, hava və asfalt soyuyub, yol tutuşu yaxşılaşıb – buna dəstək yarışları da kömək edib. Yarışçılar avtomobillərinin sürət potensialını ilk dəfə az miqdarda yanacaqla qısa dövrələr seriyasında nümayiş etdirmək üçün Soft təkərlərlə trasa çıxıblar və sonra uzun dövrələrə – həm də arada Soft-lara keçiblər.
Bottas yaşıl işıq yanmadan pit-leyni tərk edərək qaydaları pozub. Lekler trasdan çıxarkən maşının alt hissəsini zədələdiyindən şikayətlənib, Maqnussen sükan arxasında oturandan narazı olub, Ferstappen isə dəbilqəni bəyənməyib. Dəbilqə ona küləyi çox hiss etdirib. Lakin ümumilikdə sessiya sakit keçib.
Lyuis Həmilton 1:30.374-lük nəticə ilə dövrəni tamamlayaraq protokollara başçılıq edib. Sabah bizi son məşqlər və güc nisbətlərini ilk dəfə görəcəyimiz sıralanma turu gözləyir.
Şərh əlavə et