Xəbəri Kokpitdə Oxuyun!

F.Alonso: Gələcəyim üçün tələsməyəcəm

Aston Martin komandasının sürücüsü Fernando Alonso bildirib ki, gələcəyi barədə hələ də qərar verməyib.

Kokpit.az xatırladır ki, ispaniyalı sürücü bu il idmandakı 21-ci mövsümünü keçirəcək. İkiqat Dünya Çempionu keçən il Alpine komandasından Aston Martin-ə keçmiş və ilk 8 yarışda 6 podium qazanmışdı. Buna baxmayaraq, o keçən il yarış qazana bilməmişdi.

Lyuis Həmilton növbəti mövsüm Mercedes-dən Ferrari-yə keçəcək. Belə olan halda “gümüşü oxlar”ın maşınlarından biri boş qalacaq və Fernando Alonso alman komandasında yarışmağa namizədlərdən biridir.

Bütün bu söz-söhbətlərə baxmayaraq, Formula 1-də ən çox yarışmış sürücü olan Fernando Alonso təmkinli danışıb: “Əvvəlcə yarışıb-yarışmayacağıma qərar verməliyəm. Bir neçə həftə ya da bir neçə yarışdan sonra buna qərar verəcəm. Hazırda özümü yaxşı hiss edirəm, amma bilirəm ki, önümüzdə çətin təqvim var.

2026-cı ildə reqlamentdə dəyişəcək və bunun mənim üçün yaxşı olub-olmayacağını bilmirəm. Amma görəcəyik. Maşının təqdimatında dediyim kimi qərar vermək üçün bir neçə yarış gözləyəcəm”.

Rauf Hacıyev

Şərh əlavə et