Xəbəri Kokpitdə Oxuyun!

Rəsmi: K.Horner soruşdurmadan üzüağ çıxıb

Red Bull komandasının rəhbəri Kristian Horner ilə bağlı başlanmış araşdırma sona çatıb. Kristian bu araşdırmadan üzüağ çıxıb və vəzifəsinə davam edəcək.

Kokpit.az xatırladır ki, bir qadın işçi Kristian Hornerə qarşı ittiham irəli sürmüş və Red Bull şirkəti ona qarşı araşdırma başlatmışdı. Şirkət bu şikayəti araşdırmaq üçün bir müstəqil vəkil tutmuşdu. Hadisə ilə bağlı tam məlumat əldə etmək üçün Horner və digər şəxslərlə danışıqlar aparılıb. Araşdırmanın sonunda Red Bull komandasına bir raport təqdim edilib. Bu raporta əsasən Horner bu gün hadisədən üzüağ çıxıb. Bundan sonra Red Bull şirkəti rəsmi açıqlama ilə bu ittihamları rədd edib.

Red Bull şirkəti bu barədə belə bəyanat yayıb: “Cənab Hornerə qarşı irəli sürülən iddialarla bağlı müstəqil araşdırma tamamlanıb və Red Bull şikayətin rədd edildiyini təsdiqləyir. Ərizəçinin appellasiyaya getmək hüququ var”.

Red Bull istintaqın ədalətli, ciddi və qərəzsiz olduğuna əmindir. İstintaq hesabatı məxfidir və istintaqa kömək edən tərəflərin və üçüncü şəxslərin şəxsi məlumatlarını ehtiva edir, ona görə də bütün maraqlı şəxslərə hörmət olaraq əlavə şərh verməyəcəyik.

Red Bull iş yerində ən yüksək standartlara nail olmaq üçün səy göstərməyə davam edəcək”.

Bu isə o deməkdir ki, Kristian Horner öz işinə davam edəcək.

Rauf Hacıyev

Şərh əlavə et