Xəbəri Kokpitdə Oxuyun!

J.Vilnov: Sayns daha komandaya işləməyəcək

Sabiq Dünya Çempionu Jak Vilnöv düşünür ki, Karlos Sayns 2024-cü ildə komanda oyunçusu kimi davranmayacaq.

Kokpit.az bildirir ki, ispaniyalı sürücü ilin sonunda Ferrari-ni tərk edəcək və onu yeddiqat Dünya Çempionu Lyuis Həmilton əvəz edəcək. Ferrari digər sürücüsü Şarl Leklerlə də çox illik müqavilə imzalayıb.

1997-ci ilin Dünya Çempionu Jak Vilnöv bildirib ki, bu hal Ferrari-də komandanın dinamikasına zərər verə bilər: “Saynsın Ferrari üçün yarışmaq niyyəti yoxdur. Ondan nə istədiklərini vecinə almayacaq. Hazırda fikirləşdiyi tək şey özünü göstərməkdir. Digər komandaların gözünə girmək üçün ən yaxşı performansını ortaya qoymalıdır. Buna görə də əsas fikri Lekleri məğlub etmək olacaq”.

Karlos Sayns isə tam əksini deyib: “Mən həmişə komanda oyunçusu olmuşam. Həmişə nümunəvi şəkildə davrandım. Əgər titul uğrunda mübarizə aparsam, Leklerin köməyini gözləyəcəyəm”.

Rauf Hacıyev

Şərh əlavə et