Kokpit.az xatırladır ki, niderlandlı sürücü keçən il Qətərdə üçüncü titulunu rəsmiləşdirmişdi. Lakin o yenə də dincəlməmiş və mövsümün sonuna qədər bütün yarışları qazanmışdı.
Maks Ferstappen keçən mövsüm ardıcıl 10 qələbə qazanaraq, bu sahədə rekord qırıb. 22 yarışda 19 qələbə qazanan Ferstappenin bir mövsümdə ən çox qələbə rekordunu qırıb.
Eddi Cordan: “Hər şeyi düşünəndə içkisiz və qadınsız… Bu adam fərqli liqadadır. Bəzən Messiyə baxıb, bu necə qol idi deyərsiniz. Ronaldo və Maradonanı bir anlıq unudarsınız.
Bu adam xüsusidir və özünü idmana həsr edib. Eyni zamanda darıxdırıcı adamdır, çünki hazırda simulyatorda oturub Ostində daha sürətli olmaq üçün işləyir. Gördüyü işdə hegemon olmaq üçün çox işləyir. Düzünü desəm artıq bezmişəm. Amma mən yaşlı və deyingən adamam.
Məsələn, Ayrton Sennadan heç bezmədim, çünki ona qarşı yarışa bilən komanda yoldaşı var idi. Prost və ya Berger kimi. Sennanın bir cəhətini sevirdim: Komanda yoldaşının kim olduğunu düşünməzdi. Yəni ki, daha yaxşı performans göstərmək üçün yaxşı komanda yoldaşı istəyirdi.
Mixael Şumaxer isə bunu etmədi. Həmişə komanda yoldaşlarının müqavilələrinə əl gəzdirirdi.
İndi Maksda bu hal yoxdur, çünki onunla mübarizə aparacaq sürücü də yoxdur. Yanında Çeko var. Pis sürücü olmasa da, o səviyyədə deyil. O, bir pillə aşağıdadır. Problem də budur. Maks o qədər güclüdür ki…”
Şərh əlavə et