Xəbəri Kokpitdə Oxuyun!

V.Bottas ilk yarışdan xal gözləyir

Sauber komandasının sürücüsü Valtteri Bottas mövsümün ilk yarışı Bəhreyndən etibarən xal üçün mübarizə aparmaq istəyir.

Kokpit.az bildirir ki, Sauber testlərdə elə də parlaq çıxış etməyib və əksəriyyət düşünür ki, isveçrəlilər gücünə görə altılıqda deyil.

Valtteri Bottas: “Testlər yaxşı keçdi və pozitiv təəssüratlar qazandıq. Tək problemi son gün yaşadıq, amma belə hallar testlərdə yaşana bilər. Temp barədə danışmaq çətindir. Bizim idmanımızda həmişə yeni şeylər öyrənisiniz. Bolidi təkmilləşdirmək davamlı olmalıdır. Ümid edirəm ki, ilk yarışdan etibarən yaxşı xallar qazana bilərik. Özünüzə hədəflər qoymalıyıq.

Test zamanı bolid barədə yeni şeylər öyrəndik. Çox məntiqli yanaşmamız var idi. Digər komandalar kimi iş siyahısı hazırladıq və burada işləyəcəyimiz sahələri yazdıq. C44 necə lazımdırsa, elə də işlədi. Üç gündə təxminən 380 dövrə vurduq və bu da onu göstərir ki, yaxşı iş görmüşük.

Belə görünür ki, hər şey istədiyimiz kimi işləyir və böyük sürpriz yaşamadıq. Komanda bütün proqramı əskiksiz tətbiq etdi. Ümumilikdə çox faydalı üç gün keçirdik. Mövsümün ilk 3 yarışında hazırlıqlara davam etmək üçün yaxşı təməlimiz var.

Əlbəttə, hər komanda üçün vacib amillər fərqlidir. Dövrəvi nəticələri müqayisə etmək doğru deyil. Ancaq həftəsonu güc balansı barədə daha yaxşı məlumatımız olacaq”.

Rauf Hacıyev

Şərh əlavə et