Kokpit.az bildirir ki, Britaniya komandası yeni mövsümdən əvvəl Google ilə çoxillik yeni müqavilə bağlayıb. Müqavilə texniki cəhətdən daha geniş əhatəli olub. Bu da o deməkdir ki, tərəflər bir-birlərindən daha çox faydalana biləcək. Google Chrome, Android və Pixel loqotipləri McLaren MCL38-in geyimlərində və sürücü geyimlərində olacaq.
Extreme E-də Kristina Qutyerres və Mattias Ekströmün sürdüyü Odissey 2 SUV-da da Google Pixel-in loqotipləri olacaq.
McLaren şirkətinin marketun meneceri Matt Denninqton: “2024-cü il mövsümündən əvvəl dünyanın ən böyük brendlərindən biri ilə tərəfdaşlığımızı böyütdük və sevincliyik. Bu müqavilənin Google məhsullarını bütün komanda istifadə edəcək. Hədəfimiz tras üzərində yaxşı nəticələr qazanmaqdır”.
Şərh əlavə et