Xəbəri Kokpitdə Oxuyun!

Bukmeykerlərin əmsalları təəccübləndirməyib

Nüfuzlu William Hill bukmeker kontoru Bəhreyn Qran Prisinin və mövsümün nəticələri üçün əmsallarını dərc edib.

Kokpit.az bildirir ki, elə burada keçirilən testlərin nəticələrinə əsasən, şirkətin əməkdaşları Maks Ferstappeni mövsümün ilk yarışının favoriti hesab edir. Onun partnyoru Serxio Peres reytinqdə ikinci yerdədir, lakin meksikalının şansının Maksdan beş dəfədən çox aşağı olduğu təxmin edilir. Red Bull Racing sürücülərini istisna etsək, Bəhreyn Qran Prisinin favoriti Şarl Leklerdir.

Maks Ferstappen – 1.33
Serxio Peres – 7.25
Şarl Lekler – 9.00
Lando Norris – 11.00
Lyuis Həmilton – 13.00

Niderlandlı sürücü hələ mövsüm başlamamışdan titula favoritlərin siyahısına inamla başçılıq edir. Bu il çempionluq uğrunda onun əsas rəqibinin Lyuis Həmilton olacağı güman edilir. Şarl və Landonun şansları isə eyni qiymətləndirilir.

Maks Ferstappen – 1.19
Lyuis Həmilton – 8.00
Şarl Lekler, Lando Norris – 12.00
Corc Rassell – 20.00
Serxio Peres, Fernando Alonso, Oskar Piastri – 24.00

Mühəndislər Kubokunda favoritin kim olması barədə danışmaq artıqdır. Lakin son iki ilin çempionuna ən yaxın rəqib McLaren hesab edilir – onlar Ferrari-ni bir qədər üstələyirlər.

Red Bull – 1.13
McLaren – 7.25
Ferrari – 8.00
Mercedes – 9.00
Aston Martin – 50.00
Alpine – 300
RB, Sauber, Williams, Haas – 750.00

Elçin Zodorov

Şərh əlavə et