Xəbəri Kokpitdə Oxuyun!

F.Alonso: İrəli doğru addım atmışıq

Aston Martin komandanın irəliləyişinə arxayındır, lakin onların hələ də güc balansının son nəticədə necə olacağı barədə heç bir fikri yoxdur…

Kokpit.az xatırladır ki, Aston Martin keçən il ispan sürücünün timsalında mövsümə əla başlamış, ilk yarışlarda ikinci güclü komanda kimi özünü göstərmiş və dəfələrlə podiuma yüksələ bilmişdi. Lakin mövsümiçi inkişaf tempində rəqiblərinə uduzmuşdular. Alonso bu il daha da inkişaf etdiklərini düşünür.

Fernando Alonso: “Testlər zamanı rəqiblərimizin nəticələrinə fikir vermədən, mümkün qədər çox məlumat toplamağa çalışdıq. Güc balansını proqnozlaşdırmaq çox gözəl olardı, lakin artıq aydındır ki, AMR24 ötən illə müqayisədə irəliyə doğru bir addımdır.

İndi bu addımın rəqiblərinizlə müqayisədə nə qədər böyük olduğunu başa düşməlisiniz. Gələn həftə elə burada sıralanma turunun nəticələrinə əsasən bunu öyrənəcəyik. Mən yaxşı formadayam və yeni mövsümün startına hazıram”.

Elçin Zodorov

Şərh əlavə et