Kokpit.az xatırladır ki, Lando Norris Saxir trasındakı testlərin ilk günündə lider Maks Ferstappendən 1.1 saniyə geri qalaraq, ikinci olub.
Lando Norris: “Sükan arxasına qayıtdığım üçün sevincliyəm. Yeni maşınımızla ilk testimizdən həzz aldım. Tras da təhlükəsiz idi. Yəni ki, nəticə olaraq müsbət gün keçirdik. Testlərdə isə plana sadiq qalaraq, bəzi şeylərin üzərində işlədik.
Önümüzdə hələ də uzun test günləri var və hələ də üzərində işləyəcəyimiz şeylər var, amma hər şey doğru yöndə gedir. Yenə də trasa çıxıb, MCL38-i sürmək üçün səbirsizlənirəm”.
Norrisin komanda yoldaşı Oskar Piastri isə səhər sessiyasında maşını sürüb və Ferstappendən 2 saniyə geri qalaraq 9-cu olub: “Mənim üçün ilk test günü tamamlandı. Problemsiz gün idi. Yenidən trasa qayıtmaq gözəl idi.
Maşın yaxşı hiss etdirdi və keçən ilə nisbətən daha yaxşı olduğumuz sahələr var. Testlər üçün əla start oldu. Testlərin qalan günlərində nəyin üzərində işləyəcəyimizi görəcəyik. Testin sonunda maşını daha yaxşı anlamağı hədəfləmişik. Maşına qayıtmaq üçün səbirsizlənirəm”.
Şərh əlavə et