Xəbəri Kokpitdə Oxuyun!

Ferrari sürücüləri təmkinlidirlər

Ferrari komandasının sürücüləri Şarl Lekler və Karlos Sayns qış testlərinin ilk günündən sonra bildiriblər ki, danışmaq üçün hələ tezdir.

Kokpit.az xatırladır ki, Ferrari Bəhreyndəki qış testlərinin ilk günündə iki sürücüsü ilə birdən işləyib. Səhər sükan arxasına Şarl Lekler, nahardan sonra isə Karlos Sayns keçib.

Karlos Sayns günü 3-cü yerdə tamamlasa da, Maks Ferstappendən 1.5 saniyə geridə qalıb. Lekler isə 64 dövrə vuraraq, günü 7-ci yerdə bitirib.

Şarl Lekler: “İlk test günümüz qət etdiyimiz məsafəyə görə əla keçdi. Performansa gəldiyimizdə isə bir söz demək üçün hələ tezdir. Planlaşdırdığımız bütün testləri etdik və hər şey gözlədiyimiz kimi işləyir və bu da yaxşı haldır. İşləməyə davam edəcəyik və yarışdan əvvəl yaxşı test günləri keçirməyə ümid edirik”.

Karlos Sayns isə gün ərzində 69 dövrə vurub: “Bəhreyndə 373 kilometr qət etdiyimiz əla gün oldu. Bütün proqramı problemsiz formada bitirdik və mühəndislərlə birlikdə SF-24-ü daha yaxşı anlamaq üçün bəzi məlumatlar topladıq. Mövsümöncəsi tesrlərdən sonra bir söz demək hələ tezdir. Buna görə də mövsümün ilk yarışına yaxşı hazırlanmaq üçün növbəti günlərdə əlimizdən gələni edəcəyik. Qış tətilindən sonra sükan arxasına qayıtdığım üçün özümü yaxşı hiss edirəm”.

Rauf Hacıyev

Şərh əlavə et