Kokpit.az xatırladır ki, Formula 1-in ən titullu ikinci komandası Nyu Yorkda maşının rəng çalarını təqdim etmişdi. Komanda çəkiliş gününü Silverstounda etmək istəsə də, qeyri-müəyyən hava şəraitinə görə bu baş tutmamışdı. Buna görə də komanda çəkiliş gününü Saxir trasında edib və FW46-nı təqdim olunub.
Qeyd edək ki, Williams komandası Dorilton Capital-a satıldıqdan sonra yenidən qurulur və keçən il komanda rəhbəri vəzifəsinə Ceyms Vavls gətirilib.
Britaniyalı rəhbər builki maşın üçün 2023-cü il maşınının inkişafını vaxtından əvvəl dayandırmışdı.
Williams komandasının maşın performansı rəhbəri Deyv Robson bu barədə belə danışıb: “Məncə, maşında həm dəyişiklik, həm də inqilab var. Ümid edirəm ki, maşındakl incəliklər fərqlilik gətirər. Üçgünlük testlərdə maşını tanımağa çalışacağıq. Lakin test qısadır və istədiyimiz hər şeyi edə bilməyəcəyik. İşimiz çoxdur. Ümid edirəm ki, perfotmansımızda radikal dəyişikliklər olar”.
Qeyd edək ki, Williams komandası keçən il Mühəndislər Çempionatından yeddinci yeri tutmuşdu.
Şərh əlavə et