Kokpit.az xatırladır ki, keçən il 22 yarışdan 21-də qalib gəlmiş Red Bull komandası bu il maşında radikal dəyişikliklər edib.
Komandanın texniki direktoru Ədrian Nyui maşının debüt testindən razı qalsa da, qəti danışmağa tələsmir. “Var qüvvəmizlə yarışmağa davam etməliyik. Keçən ilin sonunda görünürdü ki, mübarizə qızışacaq, amma Maks əla performans göstərmişdi. Buna görə də qış tətilində çox iş görməli idik.
Gördüyümüz işlər yetərli olacaq? Bilmirəm. Formula 1 belədir. Silverstoundakı debüt testindən sonra nə edəcəyimiz barədə ideyalarımız formalaşdı.
Dediyimiz kimi maşın gözləntilərimizi qarşıladı, amma bu heç nəyə təminat vermir. Bəlkə də rəqiblərimiz bizdən daha yaxşı işlər görüblər. Bilmirik. Gözləyib görəcəyik”.
Şərh əlavə et