Kokpit.az xatırladır ki, meksikalı sürücü keçən mövsümə yaxşı başlamış və ilk 4 yarışda 2 qələbə qazanmışdı. Lakin daha sonra Ferstappen qalan 18 yarışın 17-də qalib gələrək, titulu qazanmışdı. Peres isə mövsümün ikinci yerdə bağlamışdı.
34 yaşlı sürücünün işi bu il lap çətindir, çünki komandası ilə müqaviləsi bitir və onun yerinə namizədlər çoxdur.
Serxio Peres: “Bəli, özümə tamamilə güvənirəm. Sözün açığı keçənilki səhvlərimizdən dərs çıxaracağıq. Əksər şeyləri anladıq və bu il əlimdən gələnin ən yaxşısını etmək istəyirəm. Mövsümün əvvəlində yaxşı nəticə qazanmaq üçün hər fürsəti dəyərləndirəcəyəm. Bunu bütün mövsümə əks etditib, nəticələrimi yaxşılaşdırmaq istəyirəm.
Mövsüm uzundur. Buna görə də Bəhreymdə necə başlamaq yox, Əbu Dabidə necə bitirmək önəmlidir. Davamlı inkişaf etmək çox vacibdir. Builki əsas hədəfim də bu olacaq.
Bolidin keçənilki ilə fərqli olması komandadakı aclığı göstərir. Keçən il maşınımız o qədər güclü idi ki, konsepti belə dəyişəcəyimiz heç kimin ağlına gəlməzdi. Red Bull-un belə etməsi əladır”.
Şərh əlavə et