Xəbəri Kokpitdə Oxuyun!

FİA və AlphaTauri tərəfdaş olublar

FİA artıq geyimlərini AlphaTauri-dən alacaq. Tərəflər üçillik müqavilə imzalayıblar.

Kokpit.az xatırladır ki, AlphaTauri Red Bull şirkətinin geyim brendidir. AlphaTauri 2020-2023-cü illərdə Formula 1-ə komanda kimi gəlmişdi. Lakin bu ildən komandanın adı Visa Cashapp RB olacaq. Buna baxmayaraq İtaliyanın geyim istehsalçısı bu dəfə fərqli rolda avtoidmanda yer alacaq.

AlphaTauri artıq FİA-nın geyim partnyorudur və həm yarışlarda, həm də mükafatlandırma tədbirlərinin rəsmi tərəfdaşı olacaq.

FİA-nın prezidenti Mohammed Ben Sulayem: “FİA avtoidman dünyasını təkmilləşdirmək üçün texnologiya və innovasiyadan istifadə etmək mövzusunda qabaqcıl qurum olub.

İşçilərimiz dünya səviyyəli avtoidman tədbirlərinin təhlükəsizliyini və uğurunu təmin etmək üçün pərdə arxasında dayanmadan işləyirlər.

AlphaTauri ilə bu müqavilədən sonra geyimlərimkz rahat və tərzli olacaq. AlphaTauri-nin yenilikçi yanaşması və dəbə olan bağlılığı onları mükəmməl tərəfdaş edir”z

AlphaTauri-nin idarə heyətinin rəhbəri Ahmet Ercan: “FİA-nın geyim partnyoru olmaqla AlphaTauri-nin innovasiya və texnologiyaya necə bağlı olduğunu göstərdik. Bu əla fürsətdir. Bu tərəfdaşlıq vacib addımdır. Bununla fəxr edirik”.

Rauf Hacıyev

Şərh əlavə et