Xəbəri Kokpitdə Oxuyun!

S.Fettel Formula 1-ə qayıdacaq?

Almaniya mətbuatı iddia edir ki, Sebastyan Fettel Mercedes ilə Formula 1-ə qayıda bilər.

Kokpit.az xatırladır ki, Lyuis Həmilton ilin sonunda Mercedes-dən ayrılacaq və “gümüşü oxlar”da bir maşın boşalacaq. Burada yarışmaq üçün isə namizədlər çoxdur. Burada Mercedes-in qərarı vacib olacaq və Toto Volff bildirib ki, sürprizə imza ata bilərlər.

Alternativlər arasında Andrea Kimi Antonelli, Fernando Alonso, Karlos Sayns və hazırda təqaüddə olan Sebastyan Fettel var.

Lakin Toto Volff dördqat Dünya Çempionu Fettelin transferini təkzib edib: “Məncə, artıq yarışmamaq qərarına gəlib. Davamlı söhbət edirik. Dünən də danışdıq, amma bizim üçün yarışması gündəmdə deyil”.

Alman mətbuatı bildirib ki, Fettelin qayıdışı mümkündür: “Fettelin qayıdışı ehtimallar arasındadır. Ferrari-də karyerasını bitirib, sonra Mercedes-lə idmana qayıdan idealı Mixael Şumaxerin izindən gedə bilər. Sebastyanın qayıtması çox cəzbedici ssenaridir”.

Rauf Hacıyev

Şərh əlavə et