Kokpit.az xatırladır ki, niderlandlı sürücü 2023-cü il mövsümündə 19 qələbə qazanmış və Qətərdə sprint yarışında çempionluğunu elan etmişdi.
Yeni mövsümdə 24 yarış olacaq və Maksa buna hazır olub-olmadığı barədə sual verilib.
Maks Ferstappen: “Düzünə desəm, mənim üçün hər şey keçənilki ilə eynidir. Sadəcə axarına buraxacağam. Əlbəttə, mövsüm daha uzundur, amma düzünü desəm, mövsümün ortasında Formula 1 rejiminə keçirsiniz.
Hazırlıq üçün çox şey etmədim. Sadəcə yeni məşqçi ilə işləyirəm. Bu qərarı keçən il vermişdik. Ovaxtlı məşqçim ailəsi ilə daha çox vaxt keçirmək istəyirdi.
İndiyə kimi qazandıqlarımdan razıyam. Hər şey yaxşı gedir və gördüyümüz işdən razıyam. Özümü hazırlıqlı hiss edirəm. Axır ki, maşını sürəcəm və sevincliyəm”.
Bolidin dizaynı əvvəlki illərdən fərqlidir. Əksəriyyət düşünür ki, Red Bull səhv yönə gedə bilər.
Maks Ferstappen: “Komanda səhv edib? Yox. Səhv etdiyimizlə bağlı heç bir işarə yoxdur”.
Şərh əlavə et