Kokpit.az bildirir ki, qəzetin yazdığına görə, Red Bull həqiqətən də həm qeyri-müəyyənliyə, həm də şirkətin və komandasının normal işinə mane olan bütün arzuolunmaz hadisələrə son qoymaq üçün araşdırmanı sürətləndirmək istəyir. Həmçinin belə bir mötəbər nəşrdə dərc olunan materialdan belə nəticə çıxır ki, Maks Ferstappen komanda liderini dəstəkləməyə hazır deyil və bu, getdikcə situasiyaya təsir edən amilə çevrilir.
Cümə axşamı komandanın yeni avtomobilinin təqdimat mərasimində Horner bütün ittihamları rədd edib və həm mövsümöncəsi sınaqlarda, həm də martın ilk həftəsonuna planlaşdırılan mövsümün ilk yarışı olan Bəhreyn Qran Prisində işləmək niyyətində olduğunu təsdiqləyib.
Lakin müstəqil hüquqşünasa həvalə edilən araşdırma Formula 1 təqvimi nəzərə alınmadan həmişəki kimi davam edəcək və Red Bull yaxın günlərdə qərarını verə bilər. Görünür, hadisələrin gedişatını sürətləndirmək istəyi bu yaxınlarda Niderland tabloidi De Telegraaf tərəfindən yazılan işin yeni halları ilə bağlıdır.
Qeyd edək ki, sözügedən nəşrdə yazılanlara görə, təcrübəli mütəxəssis komandanın çalışanlarından birini uzun müddət seksual xarakterli mesajlar göndərərək narahat edib. Hətta iddialara görə Kristian məsələnin böyüməsinin qarşısını almaq üçün xeyli əlləşib – vəkilləri fevralın 3-də zərərçəkmişə 760 min avro məbləğində təzminat təklif ediblər…
Şərh əlavə et