Xəbəri Kokpitdə Oxuyun!

Ş.Lekler: Tiffoziləri sevindirmək istəyirik

Ferrari komandasının sürücüsü Şarl Lekler bildirib ki, 2024-cü ildə aldıqları qələbələrlə azarkeşləri sevindirmək istəyirlər.

Kokpit.az xatırladır ki, Ferrari 2022-ci il mövsümünə yaxşı başlasa da, sonradan inkişafda geri qalmış və ikinciliyə razı olmuşdu. “Qırmızılar” 2023-cü ildə də gözləntiləri qarşılaya bilməyiblər və mövsümü 3-cü yerdə bağlayıblar.

Şarl Lekler: “Yeni maşın əla görünür. Sözün açığı yenu maşını ilk dəfə görmək xüsusi hissdir. Bazada uzun aylar işlədikdən sonra axır ki, maşını gördük. Rənglər də çox gözəldir. Maşına bir az sarı rəng əlavə etdik və təbii ki, qırmızını qoruyuruq. Buna görə də çox xoşbəxtəm”.

Şarl Lekler bildirib ki, builki maşında zəif yönlərin üzərində işləyiblər: “Simulyatorda özümü yaxşı hiss edirdim. Bolid keçənilkinə nisbətən bir addım öndədir. Hər il olduğu kimi əvvəlki ildəki zəif yönlərimizin üzərində işləyirik və maşın hələki simulyatorda yaxşı reaksiya verir. Ancaq hər şey Bəhreyndəki testlərdə məlum olacaq. Orada necə işlədiyimizi biləcəyik, amma indiyə kimi hər şey qaydasında idi.

Keçən il komanda üçün çətin keçmişdi, ancaq yaxşı işlədik. Bu il yaxşı nəticə qazanmaq üçün hansı yöndə işləyəcəyimiz çox vacib və əminəm ki, komanda əla işləyib. Buna görə də 2023-cü ildə qarşılaşdığınız əksər çətinliklərin bu il olmaycağını düşünürəm.

Əsas köklənməli olduğumuz problem dəyişkən şəraitdir. Keçən il şərait mükəmməl olanda bolidimiz zirvəyə yüksəlirdi. Ancaq xarici faktorlar – istilik, külək sürəti bolidimizə təsir edirdi. Küləkli havalarda çətinlik çəkdiyimiz üçün bu maşını daha yaxşı və asan idarə olunan vəziyyətə gətirdik. Bu il bu halın yaxşılaşdığını görmək istəyirəm.

Əsas rəqiblərimizə yaxın olub-olmayacağımızı proqnozlaşdırmaq çətindir. Formula 1-də real olaraq bir şeyi görməsək, nəsə deyə bilmərik. Amma biz özümüzə köklənmişik. Əsas məqsədimiz komanda olaraq hər işi daha yaxşı görməkdir. Rəqiblərimizin qışda nə etdiyini bilmirik. Buna görə də trasa çıxana qədər gözləməliyik.

SF-24-ün daha az həssas və sürüşünün asan olmasını gözləyirik. Bolidin əksər sahələrdə irəliyə doğru addım atacağını düşünürəm. Simulyatordakı məlumatlara görə istədiyimiz yerdəyik. Bu mövsüm hədəfimiz önlərdə mübarizə aparmaqdır. Azarkeşlərimizi qələbələrlə sevindirmək istəyirəm”.

Rauf Hacıyev

Şərh əlavə et