Kokpit.az xatırladır ki, AlphaTauri komandası bu il həm adını, həm də texniki şöbəsini dəyişdirib.
Yuki Tsunoda: “Son iki ildə əldə etdiyimiz nəticələrdən razı deyilik. 2023-cü ilin ikinci yarısında rəqiblərimizlə mübarizə apara bildik, amma ilk yarışlarda ciddi problemlərimiz var idi.
Bu il isə mövsümün əvvəlindən rəqabətədavamlı olmağı və daha yaxşı nəticələr qazanmağı gözləyirik. Komanda uğura acdır və bu yaxşı haldır. 2021-ci ildə rəqabətədavamlı maşınımız var idi. Bu mövsüm də həminilki uğurları təkrarlamaq istəyirik.
Artıq çox təcrübəli komandamız var. Onlarla birlikdə işləyərək daha yaxşı inkişad edə və yeni məlumatlar toplaya bilərik. Düşünürəm ki, daha güclü olacağıq.
Alan Permeyn Renault ilə çempion oldu. Komanda üçün xüsusi düşüncə tərzinə sahibdir. Məqsədimiz sadəcə onluğa düşmək deyil. Ümid edirəm ki, Red Bull-la mübarizə apara bilərik. Bütün dəyişiklikləri və yeni işçilərin gəldiyini nəzərə alsaq, gözləntilərimiz yüksəkdir. Bundan başqa yeni işçilərin komandaya tam uyğunlaşması üçün vaxt lazımdır. Buna görə də ilk yarışdan rəqabətədavamlı olacağımızı gözləmirəm. Loren Mekis bizi realist olmağa təşviq edir. Buna görə də ilk yarışlarda əsas məqsəd yeni işçiləri tanımaq olacaq. Ümid edirəm ki, maşın sürətli olar, ancaq ilk yarışlardan gözləntim böyük deyil”.
Şərh əlavə et