Kokpit.az xatırladır ki, bu il yeni adla çıxış edən Visa Cash App komandası Las Veqasda VCARB 01-i təqdim edib. Komandanın adı ilə bərabər idarə və texniki heyətində də dəyişikliklər var.
Loren Mekis komandanın yeni rəhbəri, Tim Qoss yeni texniki direktoru, Alan Permeyn yeni yarış direktoru olaraq işə başlayıblar. Komanda bundan başqa Biçesterdəki bazanı Red Bull-un bazasının yanına köçürüb.
Daniel Rikkardo: “Komandaya yeni işçilər və tərəfdaşlar gəlib. Komanda özünü həmişə ciddiyə alıb, ancaq bu, başqa addımdır. Artıq orta qrupun önündə mübarizə aparmalıyıq. Bu dəyişiklikləri sevirəm. Komandada artıq düşüncə fərqlidir. İnsanlar özlərini isbatlamaq istəyirlər və bu əla haldır”.
Visa Cash App artıq Red Bull-la daha yaxın formada işləyəcək. Onlar ön və arxa asılqanı, ötürmələr qutusunu Red Bull-dan alacaqlar.
Daniel Rikkardo: “Hədəfləri yüksək tutmalısınız, amma bu idmanda uzun illər çıxış etdiyimiz üçün realist olmalıyıq. Sonda məyus olmaq istəmirik. Hədəfimiz beşlikdir. Əgər buna çata bilsək, podiumlar qazanarıq. Məncə, keçən il bəzi addımlar atdıq və bu il də atacağıq”.
Daniel Rikkardo komandaya keçən ilin ortasında gəlmişdi. Bu il isə o komanda ilə daha yaxşı mövsümöncəsi dövr keçirib və sükan arxasına keçmək üçün səbirsizlənir.
Daniel Rikkardo: “Özümü yaxşı hiss edirəmz 2023-cü il qısa olmuşdu. Yenə də qayıtmaq gözəl idi, amma öyrəşə bilmirdim. Hər şey yaşadım, hazırlandım, keçən il bir az daha öndə başladım. Buna görə də komandanı tanıyıram.
Bəhreyndə nəticə necə olacaq bilmirəm. Bunu proqnozlaşdıra bilmərəm, amma hazırlıq cəhətdən artıq sual işərəsi yoxdur.
Qış tətilində divanda oturub istirahət etmək hissini yaşamadım. Zehni olaraq boliddə olmağı düşünürdüm. Buna görə də geri qayıdanda bir neçə ay maşın sürmürmüş kimi hiss etməyəcəm. Tezliklə qayıtmağı gözləyirəm. Mövsüm üçün pozitiv düşünürəm”.
Şərh əlavə et