Kokpit.az xatırladır ki, Mercedes bu gün tamamilə yenilənmiş W15-i təqdim edib. Komanda daha sonra yeni maşını trasa çıxarmaq üçün hazırlıqlara başlayıb. Yaş trasda başlayan çəkiliş günündə sükan arxasına ilk olaraq Corc Rassell keçib və 200 kilometrlik reklam çəkilişinin 100 kilometrini sürüb. Bu isə 16-17 dövrə edir. 25 yaşlı pilot daha sonra boksa qayıdıb. Günün ikinci yarısında isə sükan arxasına Lyuis Həmilton keçib.
Çəkiliş gününün qaydalarına görə Mercedes komandasının sürücüləri trasa Pirelli-nin şou təkərləri ilə çıxıblar. Bu il çəkiliş günü qaydalarında da dəyişiklik olub. Komandalar artıq bir çəkiliş günündə 200 kilometr məsafə qət edə bilirlər. Bu da əvvəlki illərə nisbətən iki dəfə çoxdur. Komandalar ildə iki dəfə çəkiliş günü edə bilirlər. Bu da cəmdə 400 kilometr edir.
Şərh əlavə et