Xəbəri Kokpitdə Oxuyun!

Mercedes W15 təqdim edilib

Mercedes komandası 2024-cü il maşını W15-i bu gün rəsmən təqdim edib.

Kokpit.az xatırladır ki, W15 təqdimatdan dərhal sonra trasa çıxarılacaq. Həm Corc Rassell, həm də Lyuis Həmilton yağışlı Silverstounda maşını 15 kilometr sürəcəklər. Tesrlərdən bir gün əvvəl isə Bəhreyndə çəkiliş günü təşkil ediləcək və sürücülər maşını 200 kilometr sürəcəklər.

Son iki mövsüm Mercedes üçün elə də ürəkaçan olmamışdı. Buna görə də W15 bolidi Mercedes üçün çox vacibdir. Mercedes 2022-ci ildə dalğalanma probleminə və zeropod konseptinə görə çempionluq mübarizəsindən uzaq qalmışdı. 2023-cü ildə isə komanda gözlənilən inkişafı göstərə bilməmiş və qələbəsiz qalmışdı.

Komanda keçən il zəif performans göstərəndən sonra texniki heyətdə yeniliklər ediblər. Ceym Əllison texniki direktorluğa geri qayıdıb və Mayk Elliottu əvəz edib.

Əllison 2023-cü il ərzində bu ilin maşınına fokuslanmışdı. Yəni ki W15 ilk Ceyms Əllisonun düzəltdiyi ilk altlıq effektli maşındır. Bu, Lyuis Həmiltonun bəlkə də sürdüyü son Mercedes bolidi olacaq.

Bolid keçənilki kimi qara rəng üstün olsa da, Mercedes ənənəvi gümüşü rənginə qayıdıb.

Rauf Hacıyev

Şərh əlavə et