Xəbəri Kokpitdə Oxuyun!

Honda yeni motosikletini və rəng çalarını təqdim edib

Honda 2024-cü il üçün tamamilə yeni rəng çalarına bürünüb və öz rənglərinə Repsol şirkətinin də rənglərini əlavə edib.

Kokpit.az xatırladır ki, Repsol Honda ilə 1995-ci ildə işləməyə başlamışdı və Honda ilə yağ istehsalçısının narıncı rəngi ilə əfsanəvi tərəfdaşlıq başlamışdı.

Lakin Mark Markesin Ducati-yə keçməsi ilə ispaniyalı yağ istehsalçısı layihəyə olan qatqısını azaldıb. Buna görə də Honda 30 ildən sonra rəng çalarında böyük dəyişiklik etməli olub.

Yeni RC213V-nin üzərində Repsol-un varlığı xeyli azaldılıb və HRC-nin qırmızı, mavi və ağ rənglərinə üstünlük verilib. Yeni rəng çaları Madriddə Repsol tərəfindən təşkil edilən tədbirdə təqdim olunub. Təqdimatda 2020-ci ilin Dünya Çempionu Xoan Mir və Luka Marinirən başqa komanda rəhbərliyi iştirak edib.

2024-cü il Honda üçünçox vacibdir, çünki uzun illərdən sonra komanda mövsümə Mark Markes olmadan başlayacaqlar. İspaniyalı sürücünü Luka Marini əvəz edib. Komandanın lideri isə Xoan Mir olacaq.

Komanda qış ərzində Honda RC213V-nin üzərində işləyib və yenidən ön pillələrə qayıtmaq üçün motosikleti başdan-ayağa yeniləyib. Sürücülərin ilkin reaksiyaları müsbət yöndə olub. Mir, Marinu və LCR komandasından Yohan Zarko kimi sürücülər motosikletdən razı qalıblar. Ancaq Honda-nı çətin mövsüm gözləyir.

Rauf Hacıyev

Şərh əlavə et