Kokpit.az bildirir ki, SF-24 bu gün ilk real debütünü edib. Əvvəlcə sükan arxasına Karlos Sayns keçib. Daha sonra isə Şarl Lekler qırmızı bolidə oturub.
Sayns səhər iki dəfə trasa çıxıb. İlkində sistemlər yoxlanılıb və bu vaxt Saynsın önündə çəkiliş maşını da olub. İspaniyalı sürücü trasa ikinci dəfə çıxanda önündə çəkiliş üçün maşın olmayıb.
Çəkiliş gününün qaydalarına görə Ferrari sürücüləri trasa Pirelli-nin şou təkərləri ilə çıxıblar. Bu il çəkiliş günü qaydalarında da dəyişiklik olub. Komandalar artıq bir çəkiliş günündə 200 kilometr məsafə qət edə bilirlər. Bu da əvvəlki illərə nisbətən iki dəfə çoxdur. Komandalar ildə iki dəfə çəkiliş günü edə bilirlər. Bu da cəmdə 400 kilometr edir.
Şərh əlavə et