Xəbəri Kokpitdə Oxuyun!

Red Bull RB20-nin cəsus şəkilləri ortaya çıxıb

Red Bull RB20 Silverstounda şou çəkilişi edərkən cəsus şəkilləri ortaya çıxıb.

Kokpit.az xatırladır ki, “qırmızı öküzlər” yeni maşınlarını dördüncü gün təqdim edəcək. Komanda o tarixə qədər maşının dizaynını gizli tutmağa çalışırdı.

Maks Ferstappen bu gün Silverstounda qapalı qapılar arxasında dövrələr vursa da, maşının görüntüləri bir azarkeş tərəfindən sosial medyaya sızdırılıb. Videonu çəkən isə çox gümanki Silverstounun qarşısındakı otellərdə qalan qonaqlardan biridir.

Görüntülər maşının detallarını göstərəcək qədər keyfiyyətli olmasa da, RB20 sələfi RB19-un inkişaf etmiş versiyasıdır. Ancaq Saydpodların ön tərəfindəki hissə keçənilkinə nisbətən dəyişilib. Bolidin bu hissəsində hava axınını dəyişdirmək üçün aqressiv kəsik hazırlanıb.

Sınaq yürüşü zamanı maşında sürət məhdudiyyəti olsa da, bu gün həm RB20, həm də RB1-lə dövrələr atılıb. Silverstounda trasa çıxan RB20 isə təqdimat versiyası olan maşındır, çünki Red Bull lazım olmadığı halda maşının yarış versiyasına əvvəldən göstərmir. Bu isə deməkdir ki, Red Bull Bəhreyndəki qış testlərində bəzi dəyişikliklər edə bilər.

Komandanın texniki direktoru Ədrian Nyui isə bildirib ki, ardıcıl üçüncü mövsümdə bolidin konseptini dəyişməyəcəklər, çünki hazırkı qaydalarda bu maşın çox uğurludur: “Maşınımız 22-ci il maşınının üçüncü təkmilləşmiş versiyasıdır.

Keçənilki maşın 22-ci maşınının inkişaf etmiş versiyası idi. Onun asılqanlarında dəyişiklik etmişdik və çəkisini azaltmışdıq. Builki maşın isə RB18-in üçüncü versiyasıdır. İndi görək nə olur”.

Rauf Hacıyev

Şərh əlavə et