Kokpit.az xatırladır ki, Ləns Stroll 2019-cu ildən etibarən atası Louren Strollun sahibi olduğu Aston Martin-də yarışır.
Aston Martin AMR24-ün təqdimatında kanadalı sürücüdən gələcəyi barədə soruşublar.
Ləns Stroll: “Hazırda bu ilə köklənmişəm. Yaşılların içində yaşayıran və çox motivasiyalıyam. Bu layihənin bir parçası olduğum üçün həyəcanlı və xoşbəxtəm. Bilirsiniz ki, son 5 ildə komanda olaraq çox böyümüşük.
Komanda Aston Martin adını almamışdan əvvəl burada istedadlı adamlar var idi. Bu istedadlı adamlardan başqa son illərdə komandaya yeni istedadlı adamlar qatıldılar. Artıq yeni bazamız var. Aerodinamik borumuz hazırlanır və hazırda düşündüyüm yeganə şey yeni mövsümdür.
Hər il yeni bir mövsümdür. Yeni mövsümə başlayanda öyrənirəm və inkişaf edirəm. Nəyi daha yaxşı edə biləcəyimi düşünürəm. Formula 1-də performansınız maşının gücündən və başqa faktorlardan asılıdır. Amma bunil qətiliklə yaxşı nəticələr üçün savaşmaq, çox xal almaq, podiumlar üçün mübarizə aparmaq istəyirəm. Bundan başqa “qalib yaşıl” görmək gözəl olar. Yəni ki, 2024-cü ildə ilk qələbəmi qazanmaq istəyirəm”.
Şərh əlavə et