Kokpit.az bildirir ki, amerikalı şirkət keçən il Mayami, Ostin və Las Veqasdakı yarışlarda Ferrari-nin tərəfdaşı olmuşdu. İndi isə şirkətin loqotipləri bolidlərin və sürücülərin kombinezonlarının üzərində olacaq.
Şirkət 2004-cü ildə qurulub və 2022-ci ildə 8.5 faizi 550 milyon dollara Pepsi-yə satılı. İndiki dəyəri isə 12.5 milyard dollardır.
Celsius Formula 1-i tanınmaq üçün fürsət sayır və bu yaxınlarda bildirmişdilər ki, Kanada, Böyük Britaniya və İrlandiya bazarlarına girəcəklər. Belə görünür ki, Həmiltonun da gələn il Ferrari-yə qatılması şirkəti qlobal müstəvidə daha da tanıdacaq.
Həmiltonun daha əvvəl Monster ilə şəxsi tərəfdaşlığı olsa da, bu müqavilə keçən ilin sonunda başa çatmışdı. Monster artıq McLaren-in sponsoru olacaq.
Ferrari daha əvvəl – 2012-2014-cü illərdə TNT ilə tərəfdaşlıq etmişdi.
Ferrari-nin yarış gəlirləri üzrə rəhbəri Lorenzo Corcetti: “Keçən il bizimlə işləməyə başlayan Celsiusla tərəfdaşlığımızı böyütdüyümüz üçün sevincliyik. Celsius sürücülərimizə və komanda işçilərimizə gərgin keçəcək 24 yarışda yaxşı performans göstərmək üçün enerji verəcək. Onlarla işləməyi səbirsizliklə gözləyirik”.
Şərh əlavə et