Kokpit.az xatırladır ki, Ferrari keçən mövsümə öis başlasa da, ilin sonuna doğru inkişaf etmişdi. Buna görə də “qırmızılar” yeni mövsümə böyük ümidlərlə başlayırlar.
Ferrari SF-24 Frederik Vassyörün rəhbərliyində hazırlanmış ilk Ferrari yarış maşınıdır. İtalyanlar əvvəlki illərə nisbətən daha sönük təqdimat edib. Onların builki əsas hədəfi trasda güclü olmaqdır.
Bu gün keçirilən təqdimatda yeni maşının daha yenilikçi olduğu görünüb. Bundan başqa rəng çalarında da dəyişikliklər var. Komanda qırmızı rəngi yenə qoruyub və ağ-sarı xəttlərə yer verilib. Komandanın əsas hədəflərindən biri bolidin balansını artırmaqdır və keçən il şikayət etdikləri problemləri həll etməkdir.
Bundan başqa asılqanlar və bolidin arxa tərəfində dəyişikliklər edilib. Bununla da təkər yeyilməsinin azaldılması hədəflənir. Şarl Lekler və Karlos Saynsın yeni maşınıarı bu gün Fyorano trasında 15 kilometrlik testə çıxacaq. Bu testdə bolidin sistemləri barədə kiçik məlumatlar əldə ediləcək. İlk hərtərəfli test isə sabah Fyoranoda olacaq və sürücülər 200 kilometr məsafə qət edəcək.
Şərh əlavə et