Kokpit.az xatırladır ki, Ferrari bu gün SF-24-ü təqdim etmişdi. Təqdimatdan sonra günəşli havada Ferrari SF-24 ilk dəfə trasa çıxarılıb.
Ferrari reqlamentin icazə versiyi 15 kilometrlik testdə Fyoranoda yeni maşınla 5 dövrə vurub. Sükan arxasına ilk olaraq Karlos Sayns keçib və bir neçə dövrədən sonra boksa qayıdıb.
Azarkeşlər trasa gələrək yeni maşının debütünə şahidlik ediblər. Ferrari o an video yayımlayıb.
Sabah isə Ferrari 200 kilometrlik çəkiliş günü təşkil edəcək və hər iki sürücü sükan arxasına keçəcək.
Şərh əlavə et