Xəbəri Kokpitdə Oxuyun!

Aston Martin AMR24 trasa çıxarılıb

Aston Martin komandası çəkiliş günü üçün AMR24-ü Silverstounda trasa çıxarıb.

Kokpit.az xatırladır ki, Aston Martin komandası dünən 2024-cü il maşını AMR24-ü təqdim edib və yeni maşın keçənilkindən çox fərqlənir. Komanda təqdimatdan sonra 200 kilometrlik çəkiliş günü üçün Silverstoun trasına gedib.

Qaydalar artıq komandalara 200 kilometelik çəkiliş günü etməyə icazə verir. Bu cür tədbirlər Pirelli-nin şou təkərləri ilə keçirilir və burada detalları test etmək olmaz. Buna baxmayaraq bolidin necə işlədiyi ilə bağlı məlumat toplamaq olur.

Bolidi ilk olaraq Ləns Stroll test edib. O, soyuq və yaş Silverstoun trasında uğurlu dövrələr vurub. Kanadalı sürücü maşından düşəndə üzündə təbəssüm var idi. Daha sonra isə sükan arxasına ikiqat Dünya Çempionu Fernando Alonso keçib və AMR24-ü test edib.

Rauf Hacıyev

Şərh əlavə et